Ev DünyaMirzoyan: “Türkiyə ilə sərhədin açılması istənilən an baş verə bilər”

Mirzoyan: “Türkiyə ilə sərhədin açılması istənilən an baş verə bilər”

by Baş Redaktor
45 Baxış

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində irəliləyişlərin olduğunu və sərhədin açılmasının istənilən an mümkün ola biləcəyini bildirib.

Army.az xəbər verir ki, nazir parlament komitələrinin birgə iclasında çıxışı zamanı iki ölkə arasında dialoqun fəal və səmərəli şəkildə davam etdiyini vurğulayıb.

Mirzoyan qeyd edib ki, əməkdaşlıq çərçivəsində tarixi “Ani” körpüsünün birgə bərpası, tələbələr üçün proqramların həyata keçirilməsi və Ermənistan-Türkiyə biznes forumunun təşkili nəzərdə tutulur. İlk biznes forumu Qarsda keçirilib, növbəti tədbirin isə gələn il Ermənistanda təşkili planlaşdırılır.

Nazirin sözlərinə görə, əvvəllər Ermənistanla Türkiyə arasında ticarət texniki baxımdan üçüncü ölkə vasitəsilə həyata keçirilirdi. Hazırda bu maneə aradan qaldırılıb və gömrük prosedurları baxımından birbaşa ticarət mümkündür. Bununla belə, daşımalar coğrafi baxımdan hələ də Gürcüstan ərazisindən keçməklə həyata keçirilir.

banner

Mirzoyan əldə olunan irəliləyişlərə baxmayaraq, Ermənistan-Türkiyə sərhədinin hələ də bağlı qaldığını xatırladıb. O, sərhədin açılması və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının istənilən vaxt baş verə biləcəyini deyib.

Əlaqəli Yazılar Xüsusi