Moskva məhkəməsində rusiyalı siyasətçi Boris Nemtsovun qızı Janna Nemtsova ilə bağlı cinayət işi üzrə dövlət ittihamçısı yekun cəza tələbini açıqlayıb. Prokuror onun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Army.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, proses Zamoskvoretski Məhkəməsində keçirilir. Nemtsova arzuolunmaz təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham olunur. İttiham tərəfi cəzanın ümumi rejimli koloniyada çəkilməsini təklif edib.
Janna Nemtsova Rusiyada xarici agent statusuna malik jurnalist və ictimai fəaldır. O, 2015-ci ildə atası Boris Nemtsovun xatirəsini yaşatmaq məqsədilə “Azadlıq uğrunda” fondunu yaradıb.
Rusiya hüquq-mühafizə orqanları 2026-cı ilin iyulunda jurnalist barəsində arzuolunmaz təşkilatın fəaliyyətinin təşkili ittihamı ilə cinayət işi çərçivəsində qiyabi həbs qərarı çıxarıb. Bundan sonra Nemtsova beynəlxalq axtarışa verilib.
