Rusiya Avropa ölkələri ilə hərbi qarşıdurma yaratmaq niyyətində deyil, lakin belə bir müharibənin başlanacağı təqdirdə cavab verməyə hazırdır.
Army.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib.
Nazir xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Moskvanın Avropa ilə müharibə planlaşdırmadığını və belə bir qarşıdurma istəmədiyini bəyan edib.
Bununla yanaşı, Lavrov Avropa ölkələrinin müharibəyə hazırlaşması və hərbi qarşıdurmaya başlaması ehtimalına toxunaraq Rusiyanın buna cavab verəcəyini bildirib:
“Əgər Avropa təhdid etdiyi kimi müharibəyə hazırlaşırsa və onu başlatmağa qərar verərsə, biz belə bir qarşıdurmaya hazırıq. Lakin bu müharibə tamamilə fərqli xarakter daşıyacaq və çox qısa müddət davam edəcək”.
