İranın xarici işlər naziri Abbas Əraqçi son iki gün ərzində 12 ölkənin xarici işlər naziri ilə telefon əlaqəsi saxlayıb. Danışıqlarda regionda mövcud vəziyyət və ABŞ-ın, eləcə də İsrailin fəaliyyətinin mümkün nəticələri diqqət mərkəzində olub.
Army.az xəbər verir ki, Əraqçi bu barədə “Instagram” hesabında məlumat yayıb.
Nazir Oman, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, Kipr, Türkiyə, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, İraq və Pakistanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda müzakirələr apardığını bildirib.
Onun sözlərinə görə, təmaslar zamanı ölkələrin suverenliyinə hörmət, təhdid və təcavüzün dayandırılması, xarici müdaxilənin qarşısının alınması, həmçinin regional dövlətlərin qeyri-sabitliyin yayılmasına imkan verməmək məsuliyyəti önə çəkilib.
