Ev Hərbi Xəbərlərİranın yeni raketi radarları hədəfə alacaq – “Hörmüz” hazırlandı

İranın yeni raketi radarları hədəfə alacaq – “Hörmüz” hazırlandı

by Baş Redaktor
104 Baxış

İran radiolokasiya sistemlərini hədəf alan yeni “Hörmüz” raketini təqdim edib.

Army.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri komandanının müşaviri Əli Balali açıqlama verib.

Onun sözlərinə görə, yeni raket düşmənin radiolokasiya sistemlərini sıradan çıxarmaq məqsədi daşıyır. “Hörmüz” raketi radarların yaydığı siqnalları müəyyən edərək həmin mənbələrə yönəlmək qabiliyyətinə malikdir.

Balali bu silahın hazırlanmasını İranın müdafiə sənayesində texnoloji irəliləyişin göstəricisi kimi qiymətləndirib. O qeyd edib ki, ölkənin raket istehsalı artıq mövcud texnologiyaların təkrarlanması ilə məhdudlaşmır və müasir döyüş şəraitinin tələblərinə uyğun yeni silah sistemlərinin yaradılması mərhələsinə keçib.

banner

Əlaqəli Yazılar Xüsusi