Ev Hərbi XəbərlərUkraynanın Qərbə yeni tələbi: 10 il ərzində ordunu maliyyələşdirin!

Ukraynanın Qərbə yeni tələbi: 10 il ərzində ordunu maliyyələşdirin!

by Baş Redaktor
57 Baxış

Ukrayna silahlı münaqişə başa çatdıqdan sonra 800 min nəfərlik ordusunu qoruyub saxlamaq istəyir. Kiyev bunun üçün Qərb ölkələrindən növbəti on il ərzində maliyyə yardımı tələb edir.

Army.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) agentliyi mənbələrinə istinadən məlumat yayıb.

“Ukraynanın yüksəkvəzifəli nümayəndəsi bildirib ki, 800 min nəfərlik ordunun saxlanılması üçün ölkəyə ən azı 10 il müddətinə maliyyə dəstəyi lazımdır”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl “The Telegraph” qəzeti Ukraynanın Rusiya ilə danışıqlarda irəliləyişə nail olmaq və sülhə çatmaq məqsədilə ABŞ-ın sərhədlərin yenidən nəzərdən keçirilməsi ilə bağlı yeni təklifini rədd etdiyini yazıb.

banner

Qəzetin məlumatına görə, amerikalı danışıqlar aparan şəxslər ərazi güzəştlərini nəzərdə tutan kompromis təklif etsələr də, Kiyev bunu müzakirə etmək istəməyib.

Əlaqəli Yazılar Xüsusi