Ukrayna Müdafiə Qüvvələrinin gecə saatlarında Rusiyanın Volqoqrad şəhərində yerləşən “Lukoyl” şirkətinin neft emalı zavodunu pilotsuz uçuş aparatları ilə hədəfə aldığı bildirilir.
Army.az xəbər verir ki, hücum nəticəsində müəssisənin ən azı iki emal qurğusuna – ELOU-AVT-1 və AVT-6-ya ziyan dəyib.
Məlumatda vurğulanır ki, sözügedən qurğular zavodun ümumi neft emalı potensialının təxminən 70 faizini təşkil edir.
İlkin məlumatlara əsasən, hücum zamanı zavodun yanacaq və xammal saxlanılan ehtiyat parkı da hədəfə alınıb.
