Ev Hərbi XəbərlərAnalitikdən etiraf: Ukrayna “Oreşnik”i müstəqil izləyə bilmir

Analitikdən etiraf: Ukrayna “Oreşnik”i müstəqil izləyə bilmir

by Baş Redaktor
15 Baxış

Ukrayna hazırkı texniki imkanlarla Rusiyanın “Oreşnik” ballistik raketinin uçuşunu tam şəkildə izləmək iqtidarında deyil.

Army.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin analitiki Anton Zemliani deyib.

Onun sözlərinə görə, Ukraynanın mövcud radar sistemləri raketi yalnız trayektoriyasının son mərhələsində aşkar edə bilir.

Analitik qeyd edib ki, buna baxmayaraq, mümkün ballistik zərbələrə hazırlıq barədə məlumatlar əvvəlcədən əldə olunur.

banner

Zemliani vurğulayıb ki, Ukrayna belə xəbərdarlıqları həm Qərb tərəfdaşlarından alınan kəşfiyyat məlumatları, həm də öz agentura şəbəkəsi vasitəsilə əldə edir.

Əlaqəli Yazılar Xüsusi