Ev Hərbi XəbərlərSEPAH: Bəhreyndəki ABŞ radar stansiyası 6 dronla vurulub

SEPAH: Bəhreyndəki ABŞ radar stansiyası 6 dronla vurulub

by Baş Redaktor
50 Baxış

İran Silahlı Qüvvələri Bəhreyndə yerləşən ABŞ hərbi infrastrukturuna qarşı növbəti əməliyyat həyata keçirdiyini bəyan edib. Hücumun Əl-Rifa helikopter bazasında yerləşən ABŞ-a məxsus radar stansiyasına yönəldiyi bildirilir.

Army.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Qurumun açıqlamasına əsasən, ABŞ ordusunun hərəkətlərinə cavab olaraq başladılan əməliyyatın ikinci mərhələsi çərçivəsində Aerokosmik Qüvvələrə məxsus altı pilotsuz uçuş aparatı radar obyektinə qarşı istifadə olunub.

SEPAH hücumu ABŞ-ın, qurumun ifadəsi ilə desək, təcavüzkar addımlarına qarşı həyata keçirilən qətiyyətli cavab tədbiri kimi qiymətləndirib.

banner

Əlaqəli Yazılar Xüsusi