Ev Hərbi XəbərlərNetanyahu İrana qarşı hücum planlarından geri çəkilmir – “Haaretz”

Netanyahu İrana qarşı hücum planlarından geri çəkilmir – “Haaretz”

by Baş Redaktor
63 Baxış

İsrailin Baş naziri Benyamin Netanyahu hərbi rəhbərliyin, ölkə daxilindəki siyasi opponentlərinin və ABŞ tərəfinin narazılığına baxmayaraq, İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı mövqeyindən geri çəkilmir.

Army.az xəbər verir ki, bu barədə “Haaretz” nəşri məlumat yayıb.

Nəşrin məlumatına əsasən, mövcud şəraitdə sadalanan etirazlar İsrailin İrana hücum etməsinin qarşısını almaq üçün hələlik yetərli olub.

“Haaretz” yazır ki, Netanyahu İranı beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid kimi təqdim etmək xəttini davam etdirir. Məqalədə, həmçinin ABŞ Prezidenti Donald Trampın son açıqlamalarına diqqət çəkilib. Bildirilib ki, onun səsləndirdiyi iki fikir yaxın həftələrdə Bəsrə körfəzi istiqamətində nəzərdə tutulan mümkün addımlar barədə müəyyən mesajlar ehtiva edə bilər. Bununla belə, nəşr həmin açıqlamaların konkret məzmununu açıqlamayıb

banner

Əlaqəli Yazılar Xüsusi