Ev TexnologiyaABŞ Tayvana ilk F-16 Block 70 qırıcılarını təhvil verdi: 66 təyyarə sifariş olunub

ABŞ Tayvana ilk F-16 Block 70 qırıcılarını təhvil verdi: 66 təyyarə sifariş olunub

by Baş Redaktor
51 Baxış

ABŞ Tayvana uzun müddətdir gözlənilən F-16 Block 70 qırıcılarının ilk beşini çatdırıb. Amerika istehsalı olan bu hərbi təyyarələrdən üçü noyabrda, digər ikisi isə oktyabr ayında adanın şərqindəki Taytung şəhəri yaxınlığında yerləşən hərbi hava bazasına eniş edib.

Army.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Məlumata görə, Taypey 2019-cu ildə ABŞ-la əldə olunan razılaşma çərçivəsində ümumilikdə 66 ədəd F-16 Block 70 qırıcısı sifariş edib. Təyyarələrin təhvil verilməsinə 2023-cü ildə başlanması nəzərdə tutulsa da, müxtəlif səbəblərdən proses dəfələrlə təxirə salınıb.

İlk beş təyyarənin adaya çatdırılması ABŞ-ın Tayvana silah tədarükü üzrə yığılıb qalan öhdəliklərinin azaldılması istiqamətində müəyyən irəliləyiş hesab olunur. Bu gecikmiş sifarişlərin ümumi dəyərinin təxminən 30 milyard dollar olduğu bildirilir.

banner

Bununla belə, silahların çatdırılmasında yaranan ləngimələr Vaşinqtonun Tayvana hərbi dəstəyinin vaxtında təmin edilməsi ilə bağlı suallar doğurur.

“Axios”a danışan Pentaqonun keçmiş nümayəndələrindən biri ilk beş təyyarənin çatdırılmasını müsbət addım kimi qiymətləndirsə də, bunun vəd edilən tədarükün yalnız kiçik bir hissəsi olduğunu vurğulayıb.

Beləliklə, Tayvan ABŞ-dan sifariş etdiyi 66 müasir qırıcının ilk partiyasını qəbul etsə də, qalan təyyarələrin çatdırılması hələ də gündəmdədir.

Əlaqəli Yazılar Xüsusi