16
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında iki supertankerin minaya düşərək partladığını iddia edib.
Army.az xəbər verir ki, SEPAH-ın məlumatına görə, ümumilikdə 4 milyon bareldən çox xam neft daşıyan gəmilər boğazın cənub sahilləri yaxınlığında alova bürünüb.
Açıqlamada tankerlərin ABŞ-a məxsus qırıcı təyyarələr və müşahidə dronlarının müşayiəti altında Hörmüz boğazından gizli şəkildə keçməyə cəhd göstərdiyi də iddia olunur.