Ev Hərbi XəbərlərQalibaf: “ABŞ İrana qarşı hərbi hədəflərinə çata bilməyəcəyini anlayıb”

Qalibaf: “ABŞ İrana qarşı hərbi hədəflərinə çata bilməyəcəyini anlayıb”

by Baş Redaktor
26 Baxış

ABŞ İrana qarşı 40 günlük müharibəyə bənzər hərbi əməliyyatlarla qarşıya qoyduğu məqsədlərə nail ola bilməyəcəyini anlayıb.

Army.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Koordinasiya Şurasının iclasında deyib.

Onun sözlərinə görə, hazırkı şəraitdə Vaşinqton hərbi qarşıdurma əvəzinə Tehrana iqtisadi təzyiqləri artırmağa və İran daxilində parçalanma yaratmağa hesablanmış addımlar planlaşdırmağa üstünlük verir.

Qalibaf İranın çəkindirmə potensialının ölkənin silahlı qüvvələrinin fədakarlığı, iradəsi və düşünülmüş fəaliyyəti nəticəsində formalaşdığını vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi