Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, TRIPP layihəsi üzrə işlərin 2026-cı ildə başlanması real görünür.
Army.az xəbər verir ki, bu barədə məlumatı “Armenpress” yayıb.
Bildirilir ki, Paşinyan bunu hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçki proqramının təqdimatı zamanı səsləndirib.
Baş nazirin sözlərinə görə, layihə çərçivəsində ən tez icra olunacaq mərhələ elektrik ötürücü xətlərin istifadəyə verilməsidir.
O əlavə edib ki, bu təşəbbüs yeni iş yerlərinin yaradılmasına səbəb olacaq və məqsəd Ermənistan vətəndaşlarının məşğulluğunu təmin etməkdir ki, xaricdən işçi cəlbinə ehtiyac qalmasın.
Paşinyan həmçinin qeyd edib ki, Gümrü–Türkiyə sərhədi və Yerasx (Arazdəyən)–Naxçıvan istiqamətində dəmir yolu hissələrinin yenidən qurulması 1–1,5 il ərzində həyata keçirilə bilər.
