İran parlamentinin Enerji Komissiyasının üzvü ölkənin neft sektorunun ABŞ-ın təzyiq və təhdidlərinə qarşı kifayət qədər dayanıqlı olduğunu bildirib.
Army.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Onun sözlərinə görə, hətta dəniz blokadası və gərginliklərin pik həddə çatdığı dövrdə belə İranın neft ixracı nəinki dayanmayıb, əksinə artım göstərib.
Rəsmi əlavə edib ki, ABŞ uzun illərdir təzyiq və hədə-qorxuya əsaslanan siyasət yürüdür, lakin bu strategiya heç bir effektiv nəticə verməyib və gözlənilən məqsədə çatmayıb.
