Ermənistanın mövcud iqtisadi vəziyyəti əsasən xarici amillərin, xüsusilə də Rusiyaya qarşı tətbiq edilən sanksiyaların təsiri ilə qorunub saxlanılır.
Army.az xəbər verir ki, bunu “Ermənistan” blokundan baş nazirliyə namizəd, keçmiş prezident Robert Kocharyan bildirib.
Onun sözlərinə görə, müxtəlif malların idxalı və onların Rusiyaya yenidən satılması ölkənin istehsal potensialının artmasına səbəb olmayıb.
Köçəryan qeyd edib ki, Rusiya sanksiyalardan azad ediləcəyi təqdirdə Ermənistan iqtisadiyyatı ciddi çətinliklərlə üzləşəcək və bu, hətta kollapsla nəticələnə bilər.
O hesab edir ki, belə risklərin qarşısını almaq üçün ölkədə dayanıqlı iqtisadi inkişafın təmin edilməsi istiqamətində möhkəm baza formalaşdırılmalıdır.
