Ev SiyasətXatibzadə: “Müharibə başa çatmayıb”

Xatibzadə: “Müharibə başa çatmayıb”

by Baş Redaktor
23 Baxış

“ABŞ və İsraillə qarşıdurmanı başa çatmış hesab etmək hələ tezdir”.

Army.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.

Onun sözlərinə görə, bütün cəbhələrdə gərginlik aradan qalxmayana qədər sabitlikdən danışmaq mümkün deyil. Bu səbəbdən İran milli təhlükəsizliyini riskə ata bilməz və müxtəlif istiqamətlərdə yüksək hazırlıq və müdafiə mövqeyini qoruyacaq.

Xatibzadə qeyd edib ki, rəsmi Tehranın əsas məqsədi “aqressoru məğlub etmək” və ABŞ-ın ölkə daxilində məqsədlərinə nail olmasının qarşısını almaqdır.

banner

O əlavə edib ki, hazırda əsas diqqət müharibənin dayandırılmasına və onun əsas səbəblərinin aradan qaldırılmasına yönəlməlidir. İranın bu istiqamətdə danışıqlarda, o cümlədən İslamabadda irəli sürdüyü təşəbbüsləri davam etdirəcəyi vurğulanıb.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment