Ev Hərbi XəbərlərTel-Əvivdən böyük hərbi plan: F-35 və F-15 sayı artırılır

Tel-Əvivdən böyük hərbi plan: F-35 və F-15 sayı artırılır

by Baş Redaktor
12 Baxış

Uzun illər Yaxın Şərqdə intensiv hərbi əməliyyatlar aparan İsrail Hərbi Hava Qüvvələri indi döyüş aviasiyasını genişləndirməyə hazırlaşır. Planlara əsasən, iki yeni qırıcı eskadron yaradılacaq.

Army.az xəbər verir ki, bu barədə “The war zona” məlumat yayıb.

Proqrama bir “F-15IA” eskadronu və bir də gizlilik texnologiyaları ilə təchiz olunmuş “F-35I” Adir eskadronu daxildir. Mövcud struktur üzrə hər eskadronun təxminən 25 təyyarədən ibarət olacağı gözlənilir. Bu isə gələcəkdə ümumilikdə təxminən 100 ədəd “F-35I” və 50 ədəd “F-15IA” deməkdir.

İsrail Müdafiə Nazirliyi rəsmi açıqlama yayaraq bildirib ki, yeni iki eskadronun eyni vaxtda alınması planı Nazirlər Komitəsi tərəfindən təsdiqlənib. Layihənin ümumi dəyəri on milyardlarla şekel ilə qiymətləndirilir və buraya təkcə təyyarələr deyil, onların inteqrasiyası, ehtiyat hissələri, texniki xidmət və logistika dəstəyi də daxildir.

banner

İsrailin Baş naziri Benyamin Netanyahu bu planı şərh edərək ölkənin müdafiə sənayesində daha böyük müstəqillik hədəflədiyini vurğulayıb. O bildirib ki, İsrail gələcəkdə “tamamilə yerli istehsal olan inqilabi təyyarələr” hazırlamaq niyyətindədir.

Ekspertlərin fikrincə, bu açıqlama keçmişdə ləğv edilən “IAI Lavi” layihəsinə bənzər yeni pilotlu döyüş təyyarəsi və ya daha çox pilotsuz sistemlər – xüsusilə də “collaborative combat aircraft” tipli dronlar və kəşfiyyat platformaları ilə bağlı ola bilər.

Eyni zamanda, İsrailin RA-01 adlı gizli pilotsuz aparat üzərində işlədiyi barədə məlumatlar da var, lakin bu barədə rəsmi təsdiq yoxdur.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment