Ev Ekspert rəyiRusiyada yeni sərt çağırış: Odessa limanları vurulmalıdır

Rusiyada yeni sərt çağırış: Odessa limanları vurulmalıdır

by Baş Redaktor
21 Baxış

“Rusiyanın Latviyada və Ukraynada hərbi infrastruktur obyektlərinə zərbələr endirməsi lazımdır ki,Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvanı hədələyən planlarının qarşısı alınsın”.

Army.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Yuri Knutov deyib.

“Bizim vəzifəmiz Latviyadakı bazalara zərbələr endirmək, Ukraynada qərar qəbuletmə mərkəzlərini vurmaq, həmçinin Odessa limanları istiqamətində fəaliyyəti gücləndirməkdir. Çünki yüklərin əsas hissəsi dəniz yolu ilə daşınır. Limanlar və körpülər sıradan çıxarılmalıdır, onlar yük qəbul etməməlidir”, – deyə Knutov bildirib.

Onun sözlərinə görə, Ukraynanın nəqliyyat logistikasını pozmaq lazımdır və buna körpülərə zərbələr endirməklə nail olmaq mümkündür. Ekspert hesab edir ki, bu addımlar Rusiyaya qabaqlayıcı şəkildə hərəkət etməyə imkan verəcək.

banner

Əlaqəli Yazılar Xüsusi