Ev Ekspert rəyi“Şahed”lərlə bağlı radiasiya iddiasına rəsmi cavab -Ukrayna

“Şahed”lərlə bağlı radiasiya iddiasına rəsmi cavab -Ukrayna

by Baş Redaktor
10 Baxış

Ukrayna Hərbi Hava Qüvvələri dronlarla bağlı yayılan “radioaktiv Şahed” iddialarını təkzib edib.

Army.az xəbər verir ki, bu barədə qurumun nümayəndəsi Yuri İqnat məlumat yayıb.

O bildirib ki, vurulan Rusiya pilotsuz aparatlarından birində qeydə alınan yüksək radiasiya fonu yeni silah texnologiyası ilə deyil, köhnə sovet istehsalı olan R-60 tipli raketin elementləri ilə əlaqədardır.

Onun sözlərinə görə, bu komponentlər keçmiş SSRİ dövründə istehsal olunan aviasiya raketlərində standart olaraq istifadə olunub və söhbət heç bir “radioaktiv döyüş başlığı”ndan getmir.

banner

Daha əvvəl Ukrayna Təhlükəsizlik Xidməti (SBU) həmin dronun qalıqlarında zəifləmiş uran əsasında hazırlanmış ərintiyə bənzər materiallar aşkar edildiyini bildirmişdi.

Əlaqəli Yazılar Xüsusi