Avstraliya hökuməti Almaniyanın Rheinmetall şirkəti ilə ölkədə yeni artilleriya sursatı zavodunun inşasına dair 72 milyon Avstraliya dolları (təxminən 47 milyon ABŞ dolları) dəyərində müqavilə imzalayıb.
Army.az xəbər verir ki, bu barədə Avstraliyanın baş nazirinin müavini və müdafiə naziri Riçard Marles məlumat verib.
Avstraliya Müdafiə Nazirliyinin açıqlamasına görə, müəssisə Meriboro şəhərində qurulacaq və 2028-ci ilin sonunadək fəaliyyətə başlaması planlaşdırılır.
Yeni zavodun hər il minimum 15 min ədəd 155 millimetrlik M795 artilleriya mərmisi istehsal etməsi nəzərdə tutulur. Eyni zamanda, gələcəkdə istehsal gücünün artırılması üçün də imkan yaradılacaq.
Marles bildirib ki, bu sursatlar Avstraliya Silahlı Qüvvələrinin istifadəsində olan M777A2 haubitsaları və AS9 Huntsman sistemləri üçün nəzərdə tutulub.
