Ev DünyaTrampdan İrana sərt mesaj: “Gecikdiyiniz üçün indi ödəyəcəksiniz”

Trampdan İrana sərt mesaj: “Gecikdiyiniz üçün indi ödəyəcəksiniz”

by Baş Redaktor
17 Baxış

ABŞ Prezidenti Donald Tramp İrana ünvanladığı sərt mesajında Tehranı danışıqları uzatmaqda və əldə oluna biləcək razılaşmanı vaxtında qəbul etməməkdə ittiham edib.

Army.az xəbər verir ki, o, “Truth Social” platformasında paylaşım edərək bildirib ki, İran uzun müddət razılaşmanı gecikdirib və bunun nəticələrini indi görməli olacaq.

Trampın sözlərinə görə, “Yaxın Şərqin xuliqanı” artıq öz mövqeyini itirib və Tehran üçün əlverişli ola biləcək fürsət qaçırılıb.

ABŞ Prezidenti həmçinin İran silahlı qüvvələrinin ciddi qarışıqlıq içində olduğunu və faktiki olaraq zəiflədiyini iddia edib. Onun sözlərinə görə, Tehran yalnız görüntü yaratmağa çalışır, lakin real addımlar atmır.

banner

Əlaqəli Yazılar Xüsusi