22
İran ABŞ-ın mövcud siyasətinin qlobal enerji bazarında ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.
Army.az xəbər verir ki, bu barədə İranın Tokiodakı səfiri məlumat verib.
Onun sözlərinə görə, Vaşinqton hazırkı kursunu dəyişməzsə, dünya bazarında neftin qiymətində kəskin sıçrayış baş verə bilər. Diplomat hesab edir ki, belə vəziyyətdə bir barel neftin dəyəri 200 dollara qədər yüksələ bilər və ABŞ bu ehtimala qarşı hazırlıqlı olmalıdır.