Brent markalı xam neftin qiyməti aprel ayından bəri ən aşağı səviyyəyə düşərək 87 dollar həddindən aşağı enib.
Army.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
Bildirilib ki, ticarət göstəricilərinə əsasən, avqust ayı üzrə Brent fyuçersləri əvvəlki bağlanışla müqayisədə 4,04 faiz ucuzlaşıb və bir barel üçün 86,73 dollar təşkil edib. Beləliklə, qiymət 17 apreldən bəri ilk dəfə 87 dollardan aşağı enib.
Eyni zamanda WTI xam nefti üzrə iyul fyuçersləri də 3,74 faiz ucuzlaşaraq 84,34 dollar səviyyəsinə düşüb.
Neft bazarındakı bu eniş qlobal enerji bazarlarında təzyiqin artdığı kimi qiymətləndirilir.
