Ev Dünyaİslamabad Memorandumu sabah imzalanacaq? – İran açıqladı

İslamabad Memorandumu sabah imzalanacaq? – İran açıqladı

by Baş Redaktor
17 Baxış

“Hazırda müzakirə olunan İslamabad Memorandumu əsasən müharibənin dayandırılmasına yönəlib”.

Army.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

Onun sözlərinə görə, prosesin bu mərhələsində nüvə məsələsinin müzakirə edilməməsi barədə qərar qəbul olunub və diqqət əsasən hərbi qarşıdurmanın başa çatdırılmasına yönəldilib.

Sözçü memorandumun imzalanacağı dəqiq tarix barədə hələlik məlumat verilmədiyini qeyd edib.

banner

“Bu, sabah baş verməyəcək. Lakin yaxın günlərdə sənədin imzalanması ehtimalı istisna edilmir”, – deyə o bildirib.

Eyni zamanda vurğulanıb ki, qarşı tərəfin tərəddüdlü mövqeyi səbəbindən proseslə bağlı açıqlamalarda ehtiyatlı olmaq lazımdır və yekun nəticə barədə danışmaq hələ tezdir.

Əlaqəli Yazılar Xüsusi