Dünya bazarlarında neft qiymətləri eniş nümayiş etdirir. İnvestorların Hörmüz boğazında gəmiçiliyin bərpa olunacağına dair gözləntiləri qiymətlərə təzyiq göstərib.
Army.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin avqust fyuçersləri 1,5 faiz ucuzlaşaraq bir barel üçün 81,8 dollara düşüb.
Bu, Brent neftinin mart ayından bəri qeydə alınan ən aşağı göstəricilərindən biridir.
Eyni zamanda, ABŞ-ın WTI markalı neftinin iyul fyuçersləri də dəyər itirərək bir barel üçün 79,3 dollar səviyyəsinə qədər geriləyib.
