Ev DünyaLavrov: İran–ABŞ anlaşmaları regionda gərginliyi azalda bilər

Lavrov: İran–ABŞ anlaşmaları regionda gərginliyi azalda bilər

by Baş Redaktor
34 Baxış

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə İran xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Army.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İran XİN rəhbəri ABŞ ilə hazırlanmaqda olan qarşılıqlı anlaşma memorandumu barədə tərəfdaşı məlumatlandırıb.

Lavrov isə regionda gərginliyin azaldılması istiqamətində Pakistan və Qətərin vasitəçiliyi ilə əldə edilən razılaşmaları müsbət qiymətləndirib və bütün tərəflərin bu razılaşmalara əməl etməsinin vacibliyini vurğulayıb.

banner

O, həmçinin Rusiyanın İranla bağlı böhranın həllinə töhfə verməyə hazır olduğunu bir daha bəyan edib.

Əlaqəli Yazılar Xüsusi