Ev Ekspert rəyiEkspertdən diqqətçəkən iddia: “2030-cu ilə qədər müharibə…”

Ekspertdən diqqətçəkən iddia: “2030-cu ilə qədər müharibə…”

by Baş Redaktor
32 Baxış

“Avropa ölkələrinin Rusiya ilə mümkün hərbi qarşıdurma barədə son dövrlərdə səsləndirdiyi açıqlamalar əsasən iqtisadi səbəblərlə bağlıdır”.

Army.az xəbər verir ki, bu fikri rusiyalı politoloq Marat Başirov deyib.

Onun sözlərinə görə, Avropa hazırda ABŞ ilə iqtisadi rəqabətdə çətinliklərlə üzləşir və bu şəraitdə Rusiya ilə müharibə təhlükəsini ön plana çıxarmaqla rəqabət qabiliyyətini itirən mülki müəssisələrə maliyyə dəstəyi yönəltməyə çalışır:

“Xüsusilə Almaniya və Fransa kimi aparıcı Avropa iqtisadiyyatları ABŞ Prezidenti Donald Trampın siyasəti nəticəsində əlavə təzyiqlərlə üzləşib. Bu səbəbdən bəzi Avropa ölkələri iqtisadiyyatı hərbiləşmə yolu ilə dəstəkləməyə çalışırlar”.

banner

Politoloq həmçinin Trampın Avropada Rusiya ilə yaxın zamanda müharibə olacağı barədə səsləndirilən fikirlərə inanmadığını iddia edib:

“2030-cu ilə qədər genişmiqyaslı müharibə ehtimalı yüksək olmasa da, müəyyən lokal təxribat ssenarilərinin baş verməsi mümkündür”.

Əlaqəli Yazılar Xüsusi