Ev DünyaTramp “qisas rejiminə” keçdi: İranla müharibə uzanır

Tramp “qisas rejiminə” keçdi: İranla müharibə uzanır

by Baş Redaktor
53 Baxış

ABŞ Prezidenti Donald Trampın İranla davam edən münaqişənin danışıqlar yolu ilə başa çatacağına inamını getdikcə itirdiyi iddia olunur.

Army.az xəbər verir ki, bu barədə The Wall Street Journal yazıb.

Nəşrin məlumatına görə, Tramp əvvəlcə bir neçə həftə ərzində başa çatacağını düşündüyü münaqişənin uzanmasından getdikcə daha çox narazıdır. Bildirilir ki, o, bu yaxınlarda Oval kabinetdə keçirilən görüş zamanı İran rəhbərliyinə qarşı sərt və təhqiramiz ifadələr işlədib.

Trampın müşavirləri müharibənin onun prezidentlik müddətinin qalan hissəsini əhatə edə biləcəyindən və bunun aralıq seçkilərində Respublikaçılar Partiyasına zərər vura biləcəyindən narahatdırlar.

banner

Yüksək vəzifəli ABŞ rəsmisinin sözlərinə görə, Tramp hazırda “qisas rejimindədir” və zərbələrin davam etdirilməsindən başqa alternativ görmür.

Əlaqəli Yazılar Xüsusi