Ermənistanda keçirilən seçkilərdən sonra hakim “Vətəndaş Müqaviləsi” partiyası daxilində gərginliyin davam etdiyi iddia olunur.
Army.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Nikol Paşinyan həm seçki kampaniyasının gedişindən, həm də əldə olunan nəticələrdən narazıdır. İddialara əsasən, bu narazılıq yaxın vaxtlarda hakim komanda daxilində yeni kadr dəyişikliklərinə səbəb ola bilər.
Məqalədə qeyd olunur ki, seçkilərdən sonra “Vətəndaş Müqaviləsi” partiyasında daxili gərginlik səngiməyib. Mənbələrin iddiasına görə, Paşinyan komanda üzvlərinin fəaliyyətini sərt şəkildə qiymətləndirir.
