Banqladeş Prezidenti Məhəmməd Şahabuddin səhhətində yaranan problemlərlə əlaqədar istefa verib.
Army.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
“Müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkirəm”, – deyə Şahabuddin istefasının səbəbi ilə bağlı sualı cavablandırarkən bildirib.
Prezidentin istefasından sonra Milli Parlamentin spikeri Hafiz Uddin Əhməd təcili mətbuat konfransı çağırıb.
Konstitusiyaya əsasən, yeni dövlət başçısı seçilənədək prezident səlahiyyətlərini parlamentin spikeri icra edəcək.
