Ukrayna Prezidentinin keçmiş mətbuat katibi Yuliya Mendel Volodimir Zelenski ilə bağlı sərt ittihamlar səsləndirib.
Army.az xəbər verir ki, Mendel “X” sosial şəbəkəsindəki paylaşımında Zelenski üçün əsas prioritetin Ukraynadakı münaqişənin sülh yolu ilə başa çatdırılması deyil, maliyyə axınlarına nəzarəti qorumaq olduğunu iddia edib.
Onun sözlərinə görə, Fedorovun vəzifədən kənarlaşdırılması maliyyə resurslarının yenidən bölüşdürülməsi ilə bağlıdır. Mendel bildirib ki, Zelenskinin nə qələbədə, nə də sülh prosesində marağı var və onun əsas məqsədi pul axınlarına nəzarəti əlində saxlamaqdır.
Mendel qeyd edib ki, keçmiş müdafiə naziri Mixail Fedorov ideal məmur olmasa da, onun vəzifədən uzaqlaşdırılması dövlət siyasətinin dəyişməsi ilə əlaqəli deyil.
Ukrayna Prezidentinin keçmiş mətbuat katibi həmçinin korrupsiyanın Zelenski hakimiyyətinin əsas dayaqlarından biri olduğunu iddia edib. Onun sözlərinə görə, Zelenski hakimiyyətdə mümkün qədər uzun müddət qalmağa çalışır.
