Ev Hərbi XəbərlərXəzərdəki hücuma cavab: İran Ukraynanı vura bilər?

Xəzərdəki hücuma cavab: İran Ukraynanı vura bilər?

by Baş Redaktor
43 Baxış

İranın ballistik raketləri Ukraynaya zərbə endirmək üçün kifayət qədər uzaqmənzillidir.

Army.az xəbər verir ki, bu barədə “Voennaya Xronika” Teleqram kanalında Ukraynanın Xəzər dənizində İran gəmisinə endirdiyi zərbəyə Tehranın mümkün cavabı ilə bağlı yayımlanan məqalədə bildirilib.

Məqalədə qeyd olunub ki, İranın “Kheybar Shekan”, “Fattah” və “Emad/Ghadr” ballistik raketləri 1450–2000 kilometr məsafə qət edə bilir. Bu səbəbdən onların Ukrayna ərazisinə zərbə endirmək üçün kifayət etdiyi iddia olunur.

Bildirilib ki, İran ordusunun Təbriz şəhərində yerləşən bazasından Kiyevə qədər məsafə təxminən 1800 kilometrdir.

banner

Məqalədə həmçinin Ukrayna Silahlı Qüvvələrinin İran ərazisinə çata biləcək uzaqmənzilli raketlərə malik olduğu qeyd edilib.

Əlaqəli Yazılar Xüsusi