Ev DünyaWSJ: Tramp artıq Zelenskini “qalib” kimi görür

WSJ: Tramp artıq Zelenskini “qalib” kimi görür

by Baş Redaktor
19 Baxış

ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə münasibətinin son aylarda daha müsbət istiqamətdə dəyişdiyi bildirilir.

Army.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilib ki, buna Ukraynanın cəbhədə əldə etdiyi uğurlar, iki liderin beynəlxalq sammitlərdə keçirdiyi görüşlər, eləcə də Trampın Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələrin effektivliyinə və ölkənin pilotsuz uçuş aparatları sahəsində əldə etdiyi nailiyyətlərə inamı təsir göstərib.

Nəşr yazır ki, Trampın mövqeyinə ukraynalı boksçu Aleksandr Usik və sağçı fəal Laura Lumerlə söhbətləri də təsirsiz ötüşməyib. Bildirilir ki, Usik ukraynalıları “döyüşçü və qalib xalq” kimi xarakterizə edib, Lumer isə Kiyevə səfərindən sonra Ukrayna ilə bağlı baxışlarının dəyişdiyini deyib.

banner

Əlaqəli Yazılar Xüsusi