Ev DünyaAİ Ermənistandan Rusiya ilə bağlı bunu tələb edib

Aİ Ermənistandan Rusiya ilə bağlı bunu tələb edib

by Baş Redaktor
19 Baxış

Avropa İttifaqı Ermənistandan Rusiya biznesinin ölkədəki mövcudluğunu azaltmağı və Moskva ilə humanitar əlaqələri zəiflətməyi tələb edir.

Army.az xəbər verir ki, bu iddia Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) yaydığı açıqlamada yer alıb.

SVR bildirib ki, Brüssel Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) kənarda qalacağı təqdirdə ciddi iqtisadi çətinliklərlə üzləşəcəyini anlayır və Avropa İttifaqının bu itkiləri tam şəkildə kompensasiya edə bilməyəcəyini hesab edir.

Bununla belə, açıqlamada qeyd olunur ki, Avropa rəsmiləri İrəvanı Aİ-nin tam dəstəyinə inandırmağa çalışırlar. SVR-nin iddiasına görə, konkret yardımın gecikdirilməsi Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində əldə edəcəyi nəticələrlə izah olunacaq.

banner

Əlaqəli Yazılar Xüsusi