Ev Hərbi XəbərlərQış öncəsi Kiyevə ağır zərbə: Tramp “yox” dedi

Qış öncəsi Kiyevə ağır zərbə: Tramp “yox” dedi

by Baş Redaktor
22 Baxış

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı Kiyevə “Patriot” hava hücumundan müdafiə sistemi üçün raketlərin verilməsi ilə bağlı müraciəti qəbul etməyib.

Army.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən The Atlantic nəşri yazıb.

Məlumata görə, Zelenski Rusiyanın qış aylarında gözlənilən ballistik raket hücumları fonunda ölkənin enerji və istilik infrastrukturunu qorumaq məqsədilə ABŞ-dən 300 ədəd “Patriot” raketi istəyib. Lakin Tramp bu xahişə mənfi cavab verib.

Nəşr qeyd edir ki, ötən qış Ukraynanın kritik infrastrukturunun müdafiəsi üçün məhdud sayda “Patriot” raketi mövcud idi. Daha sonra isə ABŞ-nin öz ehtiyatları da İranla müharibə fonunda əhəmiyyətli dərəcədə azalıb.

banner

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin qiymətləndirməsinə görə, hazırda ABŞ arsenalında təxminən 759 ədəd müasir Patriot PAC-3 raketi qalıb ki, bu da əvvəlki ehtiyatın təxminən üçdəbirinə bərabərdir. Bildirilir ki, Lockheed Martin şirkəti ildə cəmi 600–620 belə raket istehsal etmək gücünə malikdir.

Əlaqəli Yazılar Xüsusi