Ev Hərbi XəbərlərRusiyanın yay hücumu iflasa uğradı – KİV

Rusiyanın yay hücumu iflasa uğradı – KİV

by Baş Redaktor
50 Baxış

Rusiyanın yaz-yay hücum əməliyyatları əhəmiyyətli operativ nəticələr verməyib və planlaşdırılan məqsədlərə çatmayıb.

Army.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.

Analitiklərin qiymətləndirməsinə görə, Rusiya ordusu 2026-cı ilin iyul ayında cəmi 37,85 kvadratkilometr ərazi irəliləyə bilib. Bu isə orta hesabla gündə 1,22 kvadratkilometr deməkdir.

ISW bildirir ki, iyul ayında Rusiya qüvvələrinin nəzarətə götürdüyü ərazi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən dörd dəfə az olub.

banner

Hesabatda qeyd olunur ki, Rusiya ordusunun cüzi ərazi irəliləyişləri böyük canlı qüvvə itkiləri hesabına əldə olunub və bu, yay hücumunun gözlənilən operativ nəticələri vermədiyini göstərir.

Əlaqəli Yazılar Xüsusi