Ev DünyaVaşinqtonda mühüm kadr dəyişikliyi – Zelenski fərman imzaladı

Vaşinqtonda mühüm kadr dəyişikliyi – Zelenski fərman imzaladı

by Baş Redaktor
23 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Olqa Stefanişinanı Ukraynanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.

Army.az xəbər verir ki, bununla bağlı fərman Ukrayna Prezidentinin rəsmi internet saytında dərc olunub.

Fərmanda qeyd olunur:

“Stefanişina Olqa Vitaliyevna Ukraynanın Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin”.

banner

Sənəddə Stefanişinanın vəzifədən azad edilməsinin səbəbi və onun yerinə kimin təyin olunacağı barədə məlumat verilməyib.

Əlaqəli Yazılar Xüsusi