Rusiya güc strukturlarının məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Sumı vilayətində Rusiya mövqelərinə qarşı əks-hücuma keçməyə cəhd göstərib.
Army.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
Bildirilib ki, Ukrayna hərbçiləri Barılovka yaşayış məntəqəsi istiqamətindən kvadrosikllərlə hərəkət edərək Mogrıtsa ərazisində yerləşən Rusiya mövqelərinə yaxınlaşıblar:
“Hücum cəhdi nəticəsiz başa çatıb və bölmənin böyük hissəsi məhv edilib. Sağ qalan hərbçilər isə geri çəkilib”.
