Ev Dünyaİrandan ABŞ-a sərt xəbərdarlıq: “Hərbi gəmilər üçün təhlükə yaradacağıq”

İrandan ABŞ-a sərt xəbərdarlıq: “Hərbi gəmilər üçün təhlükə yaradacağıq”

by Baş Redaktor
26 Baxış

İran ABŞ-ı dəniz blokadasını davam etdirəcəyi təqdirdə ciddi nəticələrlə üzləşə biləcəyi barədə xəbərdar edib.

Army.az xəbər verir ki, İranın ali dini liderinin hərbi müşaviri Möhsün Rəzai “SNN” telekanalına açıqlamasında bildirib ki, Vaşinqtonun bu addımı davam edərsə, ABŞ hərbi gəmiləri üçün təhlükəli vəziyyət yarana bilər.

Generalın sözlərinə görə, ABŞ-la danışıqların yenidən başlaması üçün ilk növbədə Vaşinqton öz mövqeyinə yenidən baxmalıdır. O qeyd edib ki, İranın irəli sürdüyü ilkin şərtlərin qəbul edilməsi ABŞ siyasətində dəyişiklikdən xəbər verə bilər.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Tehranla aparılan danışıqları İran üçün “son şans” kimi qiymətləndirmişdi. O, həmçinin bildirmişdi ki, ləğv edilən mümkün hərbi əməliyyat baş tutsaydı, bu, İkinci Dünya müharibəsindən sonra ən böyük zərbələrdən biri ola bilərdi.

banner

Əlaqəli Yazılar Xüsusi