“Ermənistan və Azərbaycan arasında biznes dairələrinin nümayəndələri artıq bir sıra görüşlər keçiriblər”.
Army.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, noyabr ayından bu yana Azərbaycan ərazisindən Ermənistana təxminən 26 min ton yük daxil olub və hazırda Ermənistandan ixrac üçün hər hansı məhdudiyyət və ya maneə mövcud deyil.
Paşinyan yaxın perspektivdə Ermənistan məhsullarının Azərbaycana da göndəriləcəyini istisna etmədiyini deyib.
O qeyd edib ki, tərəflər bir-birinə siyahılar təqdim edib və qarşılıqlı maraqlar ifadə olunub:
“Bu proses nəticəsində Azərbaycan bazarına məhsul ixracı reallaşa bilər”.
