ABŞ Ukrayna ilə bağlı siyasətində əvvəlki kursdan tamamilə uzaqlaşmayıb.
Army.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov danışıb.
O bildirib ki, Vaşinqtonun Kiyevə verdiyi dəstək müharibənin başlanğıcından etibarən formalaşan yanaşmanın davamıdır və son bəyanatlar da bunu təsdiqləyir.
Uşakovun sözlərinə görə, hazırkı xətt ümumilikdə keçmiş prezident Co Bayden dövründəki siyasətlə üst-üstə düşür.
“Bunu Bayden kursunun davamı kimi qiymətləndirmək olar, hərçənd müəyyən fərqlər mövcuddur”, – deyə Kremlin rəsmisi vurğulayıb.
Onun fikrincə, ABŞ administrasiyasının son açıqlamaları Ukraynaya dəstəyin davam etdirilməsi niyyətinin dəyişmədiyini göstərir.
