Ev DünyaMiqrant böhranı böyüyür: Avstriya Şengeni dayandıra bilər

Miqrant böhranı böyüyür: Avstriya Şengeni dayandıra bilər

by Baş Redaktor
18 Baxış

İspaniyadakı miqrant böhranı dərinləşərsə, Avstriya Şengen zonası daxilində sərhəd nəzarətini bərpa edə və sərhədləri müvəqqəti bağlaya bilər.

Army.az xəbər verir ki, bunu Avstriya kansleri Kristian Ştoker sosial media hesabında yazıb.

Kansler İspaniyada yaranmış miqrant böhranını “narahatedici siqnal” adlandıraraq bildirib ki, ölkəsinin təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımlar atılacaq.

“Əgər İspaniyadakı vəziyyət milli sərhədlərimizdə təzyiq hiss edəcəyimiz şəkildə inkişaf edərsə, onları qorumaq üçün əlimizdən gələni edəcəyik. Buraya, zərurət yaranarsa, Şengen zonası daxilində sərhədlərin müvəqqəti bağlanması da daxildir”, – deyə Ştoker vurğulayıb.

banner

Kanslerin sözlərinə görə, Avstriya mümkün miqrasiya təzyiqinə qarşı qabaqlayıcı tədbirlər görməyə hazırdır.

Əlaqəli Yazılar Xüsusi