Ev DünyaSəddam Hüseynin istifadə etdiyi təyyarə satışa çıxarıldı

Səddam Hüseynin istifadə etdiyi təyyarə satışa çıxarıldı

by Baş Redaktor
42 Baxış

İraqın sabiq dövlət başçısı Səddam Hüseynin vaxtilə istifadə etdiyi “Boeing 747SP” markalı təyyarə satışa təqdim olunub.

Army.az xəbər verir ki, İraqın dövlət aviaşirkəti “Iraqi Airways”in açıqlamasına əsasən, Tunis ərazisində, ölkənin cənub-qərb bölgəsində saxlanılan iki “Boeing 747” təyyarəsinin satılması nəzərdə tutulur.

Satışa çıxarılan hava gəmilərindən biri YI-ALM qeydiyyat kodunu daşıyan “Boeing 747SP” modelidir. Sözügedən təyyarə əvvəlki dövrlərdə İraq hökumətinin mülkiyyətində olub və Səddam Hüseynin səfərləri zamanı istifadə edilib.

Məlumata görə, hər iki təyyarə üçün ilkin satış qiyməti 900 min dollar müəyyənləşdirilib.

banner

Əlaqəli Yazılar Xüsusi