ABŞ Prezidenti Donald Tramp İran ətrafında baş verən son hadisələri ölkəsində keçirilən aralıq seçkilərin nəticələri ilə əlaqələndirib. O, noyabrın 3-də baş tutan səsvermənin həm maliyyə bazarlarına, həm də Tehranın davranışına təsir göstərdiyini irəli sürüb.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Trampın sözlərinə görə, demokratların seçkilərdə uğur qazanacağı təqdirdə fond bazarlarında ciddi geriləmə yaşanacağını və İranın daha sərt mövqe nümayiş etdirəcəyini əvvəlcədən bildirib. Prezident hazırkı mənzərənin onun səsləndirdiyi proqnozlarla üst-üstə düşdüyünü iddia edib.
Amerika lideri İranın son bir həftə ərzində əvvəlki 12 ayın istənilən dövrü ilə müqayisədə daha intensiv şəkildə raket və pilotsuz uçuş aparatlarından istifadə etdiyini söyləyib. Bununla yanaşı, qarşı tərəfin bütün hava hücum vasitələrinin zərərsizləşdirildiyini və nəticədə heç bir ziyanın meydana gəlmədiyini vurğulayıb.
Tramp, həmçinin Tehranın demokratları zəif siyasi qüvvə kimi qiymətləndirdiyini düşündüyünü bildirib. Onun fikrincə, həm demokratların, həm də İran tərəfinin neft qiymətlərinin yüksəlməsində maraqlı olması ehtimalı var.
