“Su-57E” tipli beşinci nəsil Rusiya qırıcı təyyarəsinin texniki görünüşü süni intellekt (AI) sahəsində daim təkmilləşdirilir.
Army.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, sərgi 20–23 aprel tarixlərində Kuala Lumpurda keçirilir:
“Süni intellekt elementləri təyyarədə yüksək səviyyədə avtomatlaşdırma və “ağıllı idarəetmə” imkanı yaradır, çətin taktiki şəraitdə pilot üçün qərarverməni asanlaşdıran məsləhətlər təqdim edir və bununla da qırıcının potensialından daha effektiv istifadə etməyə imkan verir.
“Su-57E” pilotu məlumatları həm səsli, həm də görüntülü kanallar vasitəsilə alır”.
