Tehran ABŞ ilə münaqişənin həlli üçün diplomatik vasitələrdən imtina etmir və uyğun şərait yarandıqda onlardan istifadə etməyə hazırdır.
Army.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
Onun sözlərinə görə, diplomatiya milli maraqların və təhlükəsizliyin təmin olunması üçün bir alətdir və İran bu vasitədən yalnız lazımi və məntiqi şərait formalaşdıqda istifadə edəcək.
Bəqayi qeyd edib ki, məqsəd İranın milli maraqlarını gücləndirmək və ölkənin “düşmənin məqsədlərinə qarşı əldə etdiyi nailiyyətləri” möhkəmləndirməkdir.
