Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın Ukraynaya endirdiyi zərbələr fonunda ciddi təzyiq altında olduğu iddia edilir.
Army.az xəbər verir ki, britaniyalı hərbi ekspert Aleksandr Merkuriс bu barədə özünün “YouTube” kanalında yayımladığı verilişdə danışıb.
Ekspertin sözlərinə görə, Rusiyanın aviazərbələri Zelenskini qəzəbləndirir və Ukrayna lideri buna cavab olaraq ölkədə pilotsuz uçuş aparatlarının istehsalının artırılmasını tələb edir.
Merkuris daha əvvəl də Ukraynanın gələcəyi ilə bağlı pessimist fikirlər səsləndirib. O, Zelenski hakimiyyətdə qaldığı müddətdə ölkənin parlaq gələcəyə sahib olmayacağını iddia edib.
Britaniyalı analitik Ukraynanın qarşılaşdığı əsas problemlər sırasında enerji sisteminin ağır vəziyyətini, daxili qarşıdurmalar və kadr dəyişiklikləri səbəbindən hərbi komandanlıqda yaranan nizamsızlığı, eləcə də Rusiya ordusunun cəbhədə irəliləyişini göstərib.
