Ev Ekspert rəyi“Zərbə kütləvi olacaq, sülh isə güc yolu ilə…” – Rusiyalı deputat

“Zərbə kütləvi olacaq, sülh isə güc yolu ilə…” – Rusiyalı deputat

by Baş Redaktor
26 Baxış

Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik “Oreşnik” raket kompleksinin böyük dağıdıcı gücə malik olduğunu və bu səbəbdən onun şəhərlərə zərbə endirməkdən daha çox yeraltı hədəflərə qarşı istifadə edildiyini bildirib.

Army.az xəbər verir ki, Kolesnik açıqlamasında “Oreşnik”in zərbə imkanlarının son dərəcə yüksək olduğunu qeyd edib.

Onun sözlərinə görə, belə silahların yaşayış məntəqələrinə qarşı istifadəsi ciddi dağıntılara səbəb ola bilər.

Deputat iddia edib ki, Rusiya hərbi əməliyyatlar zamanı mülki əhali arasında itkilərin qarşısını almağa çalışır. O, Kiyev ərazisində hərbi-sənaye obyektləri və kritik infrastrukturun hədəf alındığı zərbələr zamanı yüksək dəqiqlikli silahlardan istifadə edildiyini bildirib.

banner

Kolesnikin sözlərinə görə, Rusiya ordusunun arsenalında “Kinjal”, “İsgəndər” və “Sirkon” kimi yüksək dəqiqlikli sistemlər də var. Deputat bu silahların qarşısının alınmasının çətin olduğunu iddia edərək, gələcək zərbələrin genişmiqyaslı ola biləcəyini söyləyib.

O, fikirlərini “sülhün güc yolu ilə bərqərar olacağı” ifadəsi ilə yekunlaşdırıb.

Əlaqəli Yazılar Xüsusi