Kuba Prezidenti Migel Dias-Kanel ölkəsinin gələcəkdə heç bir imperiyanın müstəmləkəsinə çevrilməyəcəyini bəyan edib.
Army.az xəbər verir ki, Kuba lideri bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Dias-Kanel bildirib ki, Kuba tarixən müxtəlif imperiyaların müstəmləkəçilik və neokolonial siyasətinin nəticələrini yaxşı bilir. Onun sözlərinə görə, bu təcrübə ölkəyə bir daha belə vəziyyətə düşməmək üçün əsas verir.
Prezident vurğulayıb ki, Kubanın müstəqilliyi, ərazi bütövlüyü və öz müqəddəratını müəyyən etmək hüququ ölkə üçün əsas prioritetlərdəndir.
